Xəbər lenti

100 milyon insanı öldürən ölümcül viruslar (FOTOLAR)
Dünya 17:39 29.01.2020

100 milyon insanı öldürən ölümcül viruslar (FOTOLAR)

Son günlərdə Çində yayılan və 100-lərlə insanın ölümünə səbəb olan Karonavirus müxtəlif dövrlərdə yayılan, milyonlarla can alan xəstəlikləri xatırladıb.

İnsanlıq tarixində yaşanan ən ağır, ölümcül xəstəlikləri təqdim edirik:

İspan qripi: 50-100 milyon

1918-1920 illərdə H1N1 [1] virusunun yaratdığı qrip epidemiyasıdır. İspan 18 ayda 50-100 milyon insanın (o dövrdəki əhalinin 5%) ölümünə səbəb olub. İspan qripinə zəif, yaşlı və uşaqlardan çox, sağlam gənclər yoluxub.
 


Honq Konq qripi: 1 milyon

İlk dəfə Hong Kongda yayılan bu qrip H3N3 olaraq bilinir və dünyada təxminən 1 milyon insanın həyatına son qoyub.
 


İngilis qripi: 30 min

1989-cu ildə İngiltərədə yayılan bu qrip haqqında çox məlumat yoxdur. Bu qrip 1 ildə 30 min insanın ölümünə səbəb olub.
 
Konqo qızılca epidemiyası

2011-ci ildə Konqoda qızılca xəstəliyi 30 min insana yoluxub, 4 min 555 adam ölüb. 

SARS

2002-ci ilin noyabrından 2003-cü ilin iyulunadək Hong Kongda SARS epidemiyası 8422 insana yoluxub, 774 ölüb.
 

Üçüncü vəba epidemiyası

Bu vəba epidemiyası 1855-ci ildə Çinin Yunnan əyalətində başlayan kütləvi yayılan vəba epidemiyası idi. Hindistan və Çində 12 milyon insan ölüb və  bu epidemiya 1959-cu ilə qədər aktiv olub.
Bu epidemiya Asiyada, xüsusən də Mancuriya və Monqolustanda müşahidə edilib.
 


Qara ölüm

Qara ölüm, bəlkə də bəşər tarixində ən dəhşətli hadisələrdən biridir. Təxminən 75 ilə 200 milyon insanın ölümünə səbəb olub və bu, Yersinia pestis bakteriyası ilə əlaqədardır.
O, Avropanın ümumi əhalisinin 30-60%-nin azalmasına səbəb olub. Baş vermə dini, sosial və iqtisadi qarışıqlıqların yaranmasına birbaşa cavabdehdir.
 


İtalyan vəbası

İtaliyanı viran qoyub. Bir milyon insanın təxminən 25%-i öldükdən sonra başa çatıb. Yüzillik Qara Ölüm epidemiyasının bir hissəsi hesab olunur. Ümumilikdə, 130 min nəfər yoluxub, 60 min nəfər isə ölüb.
 


Marseldəki böyük vəba

Marseldəki böyük vəba Avropadakı ən əhəmiyyətli infeksiyalardan biri olub. Virusdan təxminən 100 min insan ölüb. Xəstəliyin qarşısının alınması üçün katantin elan edilib. Qanunu pozanlar ağır işgəncə və ölümlə cəzalandırılıb.
 


Amerika Vəba Kralı

1793-cü ildə Filadelfiyada sarı qızdırma meydana gəlib və 5000-ə yaxın insan ölüb. 

Vəbaya tutulan insanlarda qızdırma, əzələ ağrısı, sarılıq olurdu. 

Sonda xəstəliyin ağcaqanad tərəfindən keçdiyi məlum olub.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->