Ölkə 23:56 11.08.2020

12 nəfər dənizdə batmaqdan xilas olundu, biri axtarılır

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bundan başqa, bu gün Bilgəh, Mərdəkan, Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.