Dünya 12:48 21.05.2020

125 yaşlı qadın koronavirusa qalib gəldi: 400 nəvə, nəticə və kötükcəsi var...

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan 125 yaşlı Eşe Gelebek adlı qadın koronavirusa qalib gəlib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 13 övladı, 400 nəvə, nəticə və kötükcəsi olan qadın bununla 113 yaşlı ispaniyalı Maria Branyasın koronavirusa qalib gəlmiş ən yaşlı insan ünvanını əlindən almış olub.

1894-cü ildən oğulan E.Gelebek 40 gün sonra 126 yaşını qeyd edəcək. O, aprelin 20-də yüksək hərarətlə xəstəxanaya yerləşdirilib və koronavirus diaqnozu qoyulub. 2 həftəlik müalicədən sonra 125 yaşlı qadın xəstəliyə qalib gəlib.
 
Camal