Video 11:28 17.08.2020

...bəlkə ürəkdi Allah?.. – “Reinkarnasiya”da Seymur Su

Qaynarinfo-nun "Reinkarnasiya” layihəsinin bu buraxılışında qiraətçi Anar Adil şair Seymur Sunun "Bəlkə” şeirini səsləndirir.
 



...bəlkə əldə qızılgül görüşlərə tələsən,

bəlkə qəbrə gecikən taxta xərəkdi Allah?


...bəlkə insan üzünə gözəlliyi yansıdan,

bəlkə insan gözünə görünməməkdi Allah?


...bəlkə yerə düşən bir tikə çörəkdi Allah?

bəlkə ”bəlkə”di Allah, bəlkə ”görək”di Allah?


...bəlkə ürəkdi Allah? bəlkə beyindi, ruhdu,

bəlkə bəyaz pərdədi, bəlkə qaragüruhdu?


...bəlkə ölümdü Allah? ...dünya müharibəsi..

bəlkə də Xocalıda bir köçkünün körpəsi...


...bəlkə insandı Allah? intihar edib dünən...

bəlkə gözəlliyindir, gözlərimə bürünən?..


Qeyd: Nəsr və şeir mətnlərinin ödənişli səsləndirilməsini istəyənlər Anar Adillə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərlər:
Tel: 050 228 99 27 
Whatsapp: 055 828 20 13