2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir.
Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayında 27% artım deməkdir.
Yeni qəbul olunanların 42 nəfəri 600-dən, 50 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Cari tədris ili üzrə TAU-nun kompüter mühəndisliyi ixtisasına qəbulda ən yüksək nəticə 647,2 bal, sənaye mühəndisliyi ixtisasında 667,5 bal, qida mühəndisliyi ixtisasında isə 562,4 bal olub.
Günay
Şərhlər