XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı
Ölkə11:21 16.09.2026

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

"Hazırda Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 197 azərbaycanlı gənc Türkiyənin 11 aparıcı universitetlərində bakalavr və magistratura təhsili alır".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetində yeni tədris ilinin açılış mərasimi zamanı elm və təhsil nazirinin müavini Firuddin Qurbanov bildirib.

Onun sözlərinə görə, 2007–2015-ci illəri əhatə edən Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində isə 327 azərbaycanlı gənc Türkiyənin 20 ən aparıcı universitetində təhsil alıb.

Nazir müavini Türkiyənin Azərbaycan üçün təhsil sahəsində əsas tərəfdaşlardan biri olduğunu qeyd edib.

Hazırda 2022–2028-ci illəri əhatə edən Xaricdə Təhsil üzrə Dövlət Proqramının icra edildiyini deyən nazir müavini bildirib ki, proqram çərçivəsində azərbaycanlı gənclərin Türkiyənin aparıcı universitetlərində bakalavr və magistratura səviyyəsində təhsil alması davam edir.

Günay İlqarqızı