XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Sənət18:39 09.09.2026

İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.