Ölkə 19:39 10.06.2021

14 yaşa qədər uşaqlarla bağlı məscidlərdə tətbiq olunan qadağa ləğv edildi

14 yaşa qədər uşaqların məscidlərə daxil olması ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti faktı BAKU.WS-ə təsdiqləyib.

Bundan başqa, QMİ səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli yoluxma sayında azalma baş verərsə, digər məhdudiyyətlərin də aradan qaldırılacağını qeyd edib.