İdman 23:06 12.07.2019

17 yaşlı futbolçu stadionda öldü

Argentinanın Şimal Liqası çərçivəsində keçirilən futbol matçı faciə ilə nəticələnib.

Qaynarinfo xəbər verir ki, 17 yaşlı qapıçı Ramon İsmael Koronel sinəsi ilə 11 metrlik cərimə zərbəsinin qarşısını alıb və matçın taleyini həll edən hadisəni yoldaşları ilə qeyd etmək üçün onlar tərəfə qaçıb. Futbolçu həmin anda yerə yıxılıb və huşunu itirib. 

Stadionda tibbi personal olmadığı üçün, onu xəstəxanaya yerləşdiriblər. Koronel yoldaca keçinib. 

"Başa düşə bilmirəm, bu cür önəmli tədbir zamanı niyə təcili tibbi yardım maşını olmayıb”, - deyə, qapçının atası deyib. 

İlkin məlumata görə, qapıçı ürək tutması nəticəsində ölüb. (Azvision.az)