Xəbər lenti

Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb
Siyasət09:20 12.07.2025

Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana artan etimadın bariz göstəricisidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatı təqdim edirik:
BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)
BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi