Xəbər lenti

Şanxaya uçan təyyarə Bakıya təcili eniş etdi
Ölkə20:37 19.10.2026

Şanxaya uçan təyyarə Bakıya təcili eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“SWISS” aviaşirkətinə məxsus Sürix–Şanxay reysini yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problemlə əlaqədar Bakı hava limanına məcburi eniş üçün müraciət edib.

“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Hava limanında səhhətində problem yaranan sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

Reysin davam etdirilməsi ilə bağlı qərarı hava gəmisinin kapitanı verəcək.