Xəbər lenti

Ölkə 10:33 13.07.2020

18 yaşlı şəhidimiz (FOTO)

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.

Qaynarinfo-nun "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, Xəyyam Daşdəmirov əslən İsmayıllının Balik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.

18 yaşlı əsgərimizin nəşi artıq doğma kəndində dəfn edilib. 

Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->