190 manatlıq yardım üçün 114 milyon manat tələb olunur - İqtisadçı

190 manatlıq yardım üçün 114 milyon manat tələb olunur - İqtisadçı

"Əhali yenə də küçələrə çıxacaq, iş axtaracaq, dolanışıq dalınca ora-bura qaçacaq, həm özü, həm də başqalarını yoluxduracaq".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, karantin yumşaldıldı, SMS icazəsi yığışdırıldı, çimərlik mövsümi açıq elan edildi:

"Amma yenə də bağlı qalan iş yerlərinə, qadağan olunan toy və yas tədbirlərinə görə dövlət nə vətəndaşlar, nə də sahibkarlar qarşısında üzərinə heç bir öhdəlik götürmədi, məsuliyyəti bölüşmədi. Xərclər yenə də ailə başçılarının, işə götürənlərin, sahibkarların üzərində qaldı. Hətta 190 manatı belə işsizlərə və aztəminatlara çox görən hökümət yenə də nə etdiyinin fərqində deyil.

Baxın, ayın 5-dən SMS icazəsi yığışdırılandan sonra görün nələr baş verəcək? Əhali yenə də küçələrə çıxacaq, iş axtaracaq, dolanışıq dalınca ora-bura qaçacaq, həm özü, həm də başqalarını yoluxduracaq. Sonra da yenidən xəstəxanalara düşmək sovet dövründə ali məktəblərə girmək qədər çətinləşək. Nəticədə də xəstələlərin sayının çoxalması səhiyyə xərclərini də artıracaq. Bu səbəbdən də 2020-ci iln büdcəsində edilən düzəlişlərdən biri də səhiyyə xərclərinin 369 milyon manat artırılmasıdır".

Qubad İbadoğlu qeyd edib ki,  600 min nəfərə 190 manat birdəfəlik yardım üçün 114 milyon manat vəsait tələb olunur:

"Karantin rejimi sərtləşdirilmiş şəhər və rayonlarda isə 287 min nəfər üçün 55 milyon manat ödəniş edilib. Əgər həmin ödənişi iyul və avqust ayları üzrə də davam etdirsələr, büdcədən 110 milyon manat xərclənər. Bu halda əhali də evdə oturub, kasıblığın edər, həm özünü, həm də ailəsini virusdan qoruyardı. Amma 110 milyon manata qıymayan hökümət əhalini virusa yoluxmağa məcbur edir və onları sağaltmaq üçün də 369 milyon manat ayırır. Belə olanda həm canımız gedir, həm də pulumuz. Bütün bunlara görə də həkimlərimiz də virusa yoluxur və həyatlarını itirirlər. Bir həkimin yetişməsi üçün dövlətin nə qədər vəsait xərclədiyini hesablasaq, itkilərimiz daha böyük məbləğlərlə ifadə olunar".

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR