Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, mundialın son günündə Azərbaycanın 2 idmançısı çempionluq üçün rinqə çıxacaq.
Belə ki, yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənarlaşdıran Cavid Çələbiyev (56 kq) həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə kolleksiyasına mundialın daha bir qızıl medalını əlavə etmək üçün yerli İvan Dıçko ilə döyüşəcək. Yarımfinalda London Olimpiadasında uduzduğu Roberto Kammarelleyə (İtaliya) gücünü göstərən təmsilçimizin bu dueldən də qalib ayrılacağı gözlənilir.
Qeyd edək ki, onlardan fərqli, Teymur Məmmədov (91 kq) yarımfinal səddini keçə bilməyib. Həmyerlimiz Olimpiadada uduzduğu italiyalı Klemente Russodan qisasını ala bilməyib və bürünc medalla kifayətlənib.
Qaynar.info
Şərhlər