Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla Avstraliya arasında 910 milyon 783 min dollar dəyərində ticarət dövriyyəsi olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində Avstraliyanın payı 2,64% olub.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ ilə ticarət dövriyyəsi 96 dəfə artıb. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 9 milyon 517,43 min dollar olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində Azərbaycandan Avstraliyaya ixrac 722,2 milyon dollardan 105 milyon dollara qədər azalsa da, Azərbaycanın Avstraliyadan idxalı 103 dəfə arataraq 8,8 milyon dollardan 910,7 milyon dollara yüksəlib.
Onu da bildirək ki, Avstraliyadan idxalın kəskin artmasının səbəbi bu ölkədən Azərbaycana böyük miqdarda qızılın gətirilməsi olub. Bu ilin ilk 8 ayında Avstraliyadan Azərbaycana ümumi dəyəri 906,1 milyon dollar olan 11 min 854 kiloqram qızıl gətirilib.
Xatırladaq ki, Dövlət Neft Fondu bu il 25 min tondan çox qızıl aldığını açıqlayıb.
Şərhlər