2 milyon şagird birdən-birə məktəblərə buraxılsa, nə olar? (EKSPERT)

2 milyon şagird birdən-birə məktəblərə buraxılsa, nə olar? (EKSPERT)

"Azərbaycanda yoluxma sayının dünyanın digər ölkələri ilə müqayisədə az olmasının əsas səbəbi təhsil müəssisələrinin bağlanması ilə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Ümumdünya Səhiyyə Təşkilatının proqram direktoru Maykl Rayanın "Yeni tədris ilinin başlaması ilə əlaqədar yüksək sayda yoluxma mümkündür” fikrini şərh edərkən deyib. Ekspert deyib ki, təhsil öz ətrafında ölkədə hər 5 nəfərdən birini cəmləşdirir:

"Bu gün ölkənin 2 milyona yaxın vətəndaşı aktiv tədris prosesinin iştirakçısıdır. Bunların birdən-birə aktiv təhsil müəssisəsinə daxil olması, - nəzərə alsaq ki, burada bəzi qaydalara əməl edilməməsi riski kifayət qədər yuxarıdır, - o zaman yoluxma sayının artması müəyyən qədər inandırıcı görünür”.

Kamran Əsədov bildirib ki, bu problemin aradan qaldırılması üçün konkret addımlar atıla bilər: 

"Əgər şagird sıxlığı minimuma endirilərsə, hər hansı bir yoluxma halları baş verməyə bilər. Bundan əlavə, müəyyən qaydalara əməl etməklə orta məktəblərdə dərslərin başlanması mümkündür. Orta ümumtəhsil məktəblərinin əksəriyyətində sanitar qovşaqlar hazır vəziyyətdədir. Əgər şagirdlər bu qaydalara əməl etsələr, əllərini yumaq, məsafə gözləmək, daha çox açıq havada tədrisin keçirilməsi kimi addımlar atılarsa, hesab edirəm ki, virusa yoluxma baş verə bilməz”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni dalğasının yayıla biləcəyi yerləri açıqlayıb. ÜST-ün proqram direktoru Maykl Rayan "Yeni tədris ilinin başlaması ilə əlaqədar yüksək sayda yoluxma mümkündür”,- deyə bildirib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR