Dünya 19:08 24.03.2018

20-yə yaxın ölkə rus diplomatlarını qovur

Avropa İttifaqı ölkələri sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsi ilə əlaqədar Rusiya diplomatlarını deportasiya etməyə hazırlaşır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq Avropa İttifaqı 26 martda Moskvadakı səfirini 4 həftəlik geri çağıracaq. Aİ tərkibinə daxil olan 20-yə yaxın ölkə isə rus diplomatlarını deportasiya edəcək. Bu ölkələr sırasında İrlandiya, Fransa, Almaniya, Danimarka, Estoniya, Bolqarıstan, Hollandiya, Çexiya və s. var. Digər tərəfdən, Fransa və Almaniya liderləri Rusiyaya qarşı sərt addımlar atacaqlarını açıqlayıb.

Qeyd edək ki, İngiltərə Skripalın zəhərlənməsində Rusiyanı ittiham edir və buna görə 23 rus diplomatının deportasiyası barədə qərar qəbul edib. Rusiya da oxşar addım ataraq 23 ingilis diplomatını ölkədən qovub.

Gülşən