Xəbər lenti

İdman 17:00 25.04.2024

Futbolçu itirdiyi pul kisəsini səkkiz aydan sonra tapdı

Səudiyyə Ərəbistanında "Al-Qadsiah"da oynayan ispan futbolçu Alvaro Qonzales itirdiyi pul kisəsini səkkiz aydan sonra tapıb. 

Qaynarinfo-nun məlumatına görə, futbolçu bu xoş hadisəni sosial şəbəkələrdə yayımladığı bir video ilə ictimaiyyətə açıqlayıb.

O, uzun müddət keçməsinə baxmayaraq pul kisəsini içərisində hər şeylə birlikdə tapdığını söyləyib. 

O, açıqlamasında, "Sosial şəbəkədə Səudiyyə Ərəbistanında pul kisəmi itirdiyimi bildirən mesaj göndərdim. Səkkiz ay sonra onu içində hər şeylə birlikdə tapdım. Pul, kart... Təəccüblüdür. Bu hər kəsdə olmur" - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->