"Tech Radar" portalının ekspertləri 2017-ci ilin ən yaxşı 15 smartfonunun siyahısını tərtib edib.
Trend-in məlumatına görə, siyahıya Samsung Galaxy S8 smartfonu başçılıq edir.
İlk üçlüyə həmçinin Samsung Galaxy S8 Plus və Google Pixel 2 daxil ola bilib. "Apple" şirkətinin smartfonları yalnız 4 və 8-ci yerdə qərarlaşa biliblər. Bunlar müvafiq olaraq iPhone X və iPhone 8 Plus-dır.
İlk onluqda həmçinin Huawei Mate 10 Pro, Samsung Galaxy Note 8, LG V30, LG G6 и OnePlus 5T smartfonları yer alıb.
Şərhlər