Xəbər lenti

"Qarabağ"ın prezidenti: "Bakıda "Lion"un işi çətin olacaq"
İdman10:29 12.11.2024

"Qarabağ"ın prezidenti: "Bakıda "Lion"un işi çətin olacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lion"un işi çətin olacaq.
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-off şansları ilə bağlı da danışıb:
"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, "Qarabağ" yaxşı formadadır. Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. "Köhlən atlar" IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1.