“Yeşilçam” filmlərinin xərçəngdən əziyyət çəkən aktyoru Mahmud Həkimoğlu bir neçə gün öncə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi
Axşam.az NTV-yə istinadən xəbər verir ki, həkimlərin bütün cəhdlərinə baxmayaraq 61 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
M.Həkimoğlunun vəfat etməsi barədə məlumatı aktyor Nuri Alço sosial mediada paylaşıb:
“Çox kədərliyik. Allah rəhmət etsin. Çox yaxşı insan idi”.
Qeyd edək ki, M.Kərimoğlu karyerası ərzində 80-dən çox film və serialda rol alıb. Bundan başqa, 12 ekran işinin isə prodüseri olub.
Qaynarinfo.Az
Şərhlər