Xəbər lenti

Zakir Həsənovdan daha bir TƏYİNAT
Ölkə 13:29 27.01.2014

Zakir Həsənovdan daha bir TƏYİNAT

“Xalq Bank”ın mühafizə xidmətinin rəhbəri Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. 

Qaynar.info “Axar.az”a istinadən xəbər verir ki, “Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilib. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib. 

Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib: 

“Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.  

Qeyd edək ki, İlqar Mazanov bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->