Ölkə 20:12 10.11.2017

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutuldu

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutulub.
 
APA-nın məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş Gülnarə Nadir qızı Cabbarova Rusiyada saxlanılıb.
 
Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görülür.
 
Qaynarinfo.Az