Azərbaycanda işləyən qadınların sayı açıqlandı

Azərbaycanda işləyən qadınların sayı açıqlandı

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-ni və ya 4 mln. 960,1 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən "Ölkə.Az”a verilən məlumata görə, ötən il doğulmuş 144,0 min körpənin 46,8%-ni qız uşaqları təşkil edib. Qadınların 53,4%-i nəsilvermə qabiliyyətinə malikdir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2%-dir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8%-i, orta ixtisas təhsil müəssisələrində 77,9%-i, ali təhsil müəssisələrində 51,9%-i, həkimlərin isə 65,7%-i qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,2%-i qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 56%-ni qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR