CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 65,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,17 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 64,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 8-də 60,13 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 8-də 64,02 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.
Şərhlər