Yol polisi Novruz bayramı ilə bağlı paytaxtdan bölgələrə gedən sürücülərə xəbərdarlıq edib.
Metbuat.az saytına açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bayram günlərində yollarda avtomobillərin intensivliyi yüksələcək:
"Bu səbəblə sürücülərə tövsiyyə edirik ki, diqqətli olun, hava qaralandan sonra yola çıxmayın, yorğun halda sükan arxasında əyləşməyin, sükan arxasında olarkən telefola danışmayın, təhlükəsizlik kəmərlərindən istifadə edin, sürət həddini minimuma endirin, ara məsafəsini düzgün saxlayın, texniki cəhətdən saz olan avtomobillərdən istifadə edilməsinə üstünlük verin.
Bakı şəhərində bayram tədbirləinin keçirildiyi ərazilər üzrə avtomobil sürüclərindən xahiş edirik ki, getdiyi istiqamətdə şəxsi avtomobillərin park edilməsi ilə bağlı düzgün planlaşdırsınlar. Tədbir keçirilən əraziyə gedən şəxslər şəxsi avtomobilləri ilə gəldiyi üçün çox vaxt problem yaşanır. Ərazidə yer olmadıqda avtomobillərin düzgün park edilməməsi çox böyük narazılıq doğurur. Ona görə də, tədbirlərlə əlaqədar ictimai nəqliyyata üstünlük verilməsini məsləhət görürük.
Şərhlər