CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 76,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,32 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 75,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 4-də 72,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 4-də 73,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.
Şərhlər