Xəbər lenti

Ölkə 10:05 06.08.2018

Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq.

"Azərsu" ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->