Dünya 16:47 12.09.2018

Məşhur müğənni vəfat etdi

Ray (1930-cu illərdə ortaya çıxan bədəvi musiqisidir) musiqisinin məşhur ifaçısı, Əl-Cəzair əsilli müğənni Raçid Taha Fransanın paytaxtı Parisdə vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi infarkt səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Taha 1990-cı illərdə "Ya Rayah", "Abdel Kadir" ve "Ida" kimi mahnıları ilə böyük dinləyici auditoriyası toplayıb.

Ray musiqisi xüsusilə Əl-Cəzairdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz və mübarizələrdə önəmli yer tutub.