Dünya 13:32 21.10.2018

Məşhur rejissor dünyasını dəyişdi

Məşhur amerikalı rejissor Denni Leyner 57 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun həmkarı Ross Putman sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, Leyner ağciyər xərçəngi ilə uzun müddət mübarizədən sonra Los-Ancelesdəki evində dünyasını dəyişib.

Karyerasına 1996-cı ildə başlayan D.Leyner "Soprano klanı", "Ofis", "Amerikada necə uğur qazanmaq olar?", "Böyük, yeni, mükəmməl" kimi filmləri və seriaları ilə məşhurlaşıb.