Dünya 12:49 09.11.2018

ABŞ-dan Rusiyaya qarşı növbəti sanksiya

ABŞ Rusiyaya qarşı növbəti sanksiya barədə qərar qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirliyinin Ukrayna üzrə xüsusi təmsilçisi Kört Volker Krım məsələsinə görə Rusiyaya bağlı 9 şirkət və 3 şəxsə sanksiya tətbiq ediləcəyini açıqlayıb. 

Açıqlamada bildirilir ki, həmin şəxs və qurumlar Ukrayna torpağı olan Krımın Rusiyaya inteqrasiyası üçün nəzərdə tutulan layihələrə dəstək verir.

Gülşən