Xəbər lenti

Azərbaycan nefti bahalaşdı
Ekonomiks 23:58 05.02.2019

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 4-də 63,98 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,28 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,19 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,3 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->