Dünya 11:34 14.04.2019

İranda sel və daşqın qurbanlarının sayı artır

İranda müşahidə edilən sel və daşqın qurbanlarının sayı 76 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, sonuncu sel fəlakətində Xuzistanda 5, İlamda 1 nəfər ölüb. 

Həftələrdir davam edən şiddətli yağışların növbəti günlərdə də müşahidə edilməsi gözlənilir. Ölkənin şərqindəki çaylarda daşqın təhlükəsi var. Təbii fəlakət barədə əhaliyə xəbərdarlıq edilib.

Gülşən