Dünya 12:45 10.06.2019

Əfsanəvi aktyor vəfat etdi

Hindistanlı aktyor, rejissor, yazıçı, ssenarist Giriş Karnad 81 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, əfsanəvi aktyor uzun müddət davam edən xəstəlikdən sonra həyatını itirib.

Qeyd edək ki, Giriş Karnad 1960-cı illərdə ssenarist, 1970-ci illərdə isə aktyor kariyerasına başlayıb və 100-ə yaxın filmdə çıxış edib. 

Karnad kariyerası ərzində bir çox mükafata sahib çıxıb.

Gülşən