Ölkə 23:26 15.07.2019

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Cari ilin iyulun 1-nə Gürcüstanın 5 milyard 438,04 milyon ABŞ dolları xarici borcu olub. Bu da aylıq müqayisədə 70,9 milyon dollar azdır. 

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, borcun 5 milyard 229,5 milyon dolları hökumətin payına düşür.
Hesabat dövründə Gürcüstanın Azərbaycana borcu azalıb. Belə ki, iyulun 1-nə qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 166 min dollar azalaraq 7 milyon 269 min dollar təşkil edib. 

Gürcüstanın ən çox borcu Almaniyayadır (317,04 milyon dollar). Siyahıda 241,01 milyon dollarla ikinci yerdə Fransa, 218,84 milyon dollarla Yaponiya isə üçüncü sırada qərarlaşıb.