Ekonomiks 19:38 29.08.2019

Bu kəndlərə təbii qaz verildi

Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib.

"Azəriqaz” İB-dən Qaynarinfo-ya bildirilib ki, ümumilikdə 2 kənddə 2389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb. Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb. Yeni abonentlər istənilən vaxt Ağsu Regional Qaz İstismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.