Dünya 17:10 08.10.2019

İngiltərədən qalmaqallı Fərat açıqlaması: Türkiyəyə çağırış

İngiltərə Türkiyənin Fəratın şərqində təşkil edəcəyi hərbi əməliyyat barədə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Boris Consonun sözçüsü Türkiyənin Suriyanın şimalında planlaşdırdığı əməliyyata görə çox narahat olduqlarını açıqlayıb. Açıqlamada həmçinin ABŞ əsgərlərinin Suriyanı tərk etməsinin rəsmi Vaşinqtonun məsələsi olduğu vurğulanıb.

İngiltərənin Yaxın Şərq məsələləri üzrə naziri Endryu Marrison isə Türkiyənin Suriyanın şimalında təktərəfli əməliyyat həyata keçirməməli olduğunu bildirib.

Qeyd edək ki, ABŞ ötən gün əsgərlərini Suriyadan geri çəkəcəyini açıqlayıb. Qərardan sonra ingilis əsgərlərinin də ərazini tərk edəcəyi bəyan edilib.

Gülşən