Sabiq prezident azadlıqda

Sabiq prezident azadlıqda

Braziliyanın sabiq prezidenti Lula da Silva 19 ay sonra azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, 74 yaşlı sabiq prezident təxliyə tələbinin qəbul edilməsindən sonra həbsdən çıxıb. Lula da Silva azadlığa çıxandan sonra tərəfdarları ilə bir araya gəlib və açıqlama verib. O, "Sadəcə bir nəfəri həbs etmədilər, bir fikri öldürməyə çalışdılar, amma düşüncələri öldürmək mümkün deyil. Həbsdən 74 yaşımda çıxıram. Qəlbimdə təkcə sevgiyə yer var, çünki sevgi nifrətə qalib gələcək. Buradan sizə qarşı bir insanın sahib ola biləcəyi ən böyük minnətdarlıq hissi ilə çıxıram" , - deyə bildirib. 

Qeyd edək ki, sol cinahın təmsilçisi olan, 2003-2010-cu illərdə Braziliyaya rəhbərlik etmiş Lula da Silva ötən il baş tutan prezident seçkilərinin əsas favoriti hesab edilirdi. O, seçkidən əvvəl korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs edildi və sağ cinahın üzvü Jair Bolsonaro ölkə rəhbəri seçildi.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR