Ekonomiks 10:07 14.01.2021

2020-nin dövlət büdcəsi belə icra olunub (ŞƏRH)

İqtisadçı ekspert Rövşən Ağayev ötın ilin dövlət büdcəsinin icrası ilə bağlı maraqlı məqamlar açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ekspert keçən ilin baş maliyyə planında 1 milyard manatdan çox vəsaitin xərclənmədiyini bildirib:

"2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan ilkin göstəricilərdən görünən budur ki, xərclər təsdiqlənəndən 1.075 milyard manat az icra olunub. Hansı xərclərə qənaət edildiyi yəqin yaxın 1 ayda aydın olacaq. 

Gəlirlər nəzərdə tutulduğundan 549 milyon manat artıq icra edilib. 

Büdcə kəsiri 3.368 mlrd. manat nəzərdə tutulmuşdu, faktiki defisit 1.744 mlrd. manat olub - planlanandan 2 dəfə az.

Amma bunu son 15 ilin ən böyük defisiti də saya bilərsiniz. Bundan əvvəl ən böyük göstərici 2017-də olmuşdu - 1.078 mlrd. manat".

Orxan Əhmədli