Xəbər lenti

Ağ Ev BMT-dən Fələstin üzrə xüsusi məruzəçisini istefaya göndərməyi tələb edir
Dünya 22:42 01.07.2025

Ağ Ev BMT-dən Fələstin üzrə xüsusi məruzəçisini istefaya göndərməyi tələb edir

Birləşmiş Ştatlar BMT-dən Françeska Albaneseni Fələstin əraziləri üzrə xüsusi məruzəçi vəzifəsindən azad etməyi tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Free Beacon” məmurlar arasında şəxsi yazışmalara istinadən məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Ağ Ev Albaneseni terrorizmi və antisemitizmi dəstəkləməkdə ittiham edir, həmçinin rəsminin beynəlxalq hüquqşünas kimi lazımi keyfiyyətlərə malik olmadığını iddia edir.

ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şinin məktubunda deyilir: "Onun hərəkətləri beynəlxalq hüququ pozur və xüsusi məruzəçinin mandatını nüfuzdan salır".

BMT Baş katibinin ofisi amerikalılara cavab verib ki, yalnız İnsan Haqları Şurası xüsusi məruzəçiləri kənarlaşdıra bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->