Dünya 09:10 29.02.2020

Türkiyə yenə şəhid verdi

Suriyada daha bir türk əsgəri həlak olub.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İdlib əyalətində baş verib. Suriyanın Bəşər Əsədə məxsus hərbi qüvvələrinin artilleriya atəşi nəticəsində 1 türk əsgəri həlak olub, daha 2 hərbçi yaralanıb.

Milli Müdafiə Nazirliyi qarşı tərəfin hərbi obyektlərinə cavab atəşlərinin davam etdiyini bildirib.