Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı son durum
Ölkə 23:17 01.06.2020

Azərbaycanda koronavirusla bağlı son durum

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 1-ə olan statistik göstəriciləri açıqlayıb.


Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 285 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 302 933 test aparılıb.


Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->