Xəbər lenti

Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
Ekonomiks 19:00 03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,14 ABŞ dolları, yaxud 5,61% artıb.

Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->