Nazir ötən ay işdən çıxarılan polisi rəis təyin etdi (YENİLƏNİB)

Nazir ötən ay işdən çıxarılan polisi rəis təyin etdi (YENİLƏNİB)

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə, Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.

11.10

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı daha bir əmr imzalayıb.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin idarədə baş əməliyyat müvəkkili olub. Daha əvvəl isə Goranboy RPŞ-nin CAİ rəisi olub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR