Dünya 14:07 08.07.2020

Dünyanın ən güclü pasportları: Azərbaycan neçəncidir?

Henley Pasport İndexsi 2020-ci il üçün dünyanın ən güclü pasportlarının reytinqini yayımlayıb.

Qaynarinfo xəbər verir ki, Yaponiya 191 ölkəyə vizasız səyahət etmə imkanı ilə dünyanın ən güclü pasportu olub. İkinci sırada Sinqapur, üçüncü yerdə isə Almaniya və Cənubi Koreya qərarlaşıb.

Azərbaycan pasportu 67 ölkəyə vizasız səyahət imkanı ilə bu siyahıda 76-cı sıradadır. Ermənistan 80, Gürcüstan 53, İran 101, Rusiya 51, Türkiyə isə 55-ci pillədədir.

Siyahıda ən sonuncu yerdə, yəni 109-cu sırada isə 26 ölkəyə vizasız səyahət imkanı ilə Əfqanıstan pasportudur.

Camal