Mütəxəssis: İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər

Mütəxəssis: İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər

Hazırda insan kütləsi ilə dolu olan çimərliklər COVİD-19-a yoluxma baxımından ən riskli ərazilər hesab edilə bilər, buna görə də əhali bu amili mütləq nəzərə almalıdır.

Bunu trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, hazırda çimərliklərə gedərək Günəş şüası vasitəsilə D vitaminin qəbul edilməsi insan orqanizimin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir:

"Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə böyük axın başlayıb. Əslində, çimərliklərə marağın olması çox gözəl haldır. Amma nəzərə alaq ki, çimərliklərdə pandemiyanın tələblərinə əməl etməklə dincəlmə insan üçün nə qədər çox xeyirli olsa da, pandemiyanın tələblərinə əməl edilməməklə dincəlmə bir o qədər təhlükəlidir".

Y.Abdiyeva qeyd edib ki, insanların çox toplaşdığı çimərliklərdə ara məsafənin qorunmaması COVİD-19-a yoluxma riskini dəfələlərlə artırır:

Məhz bu təhlükəni nəzərə alaraq, insanların sıx toplaşdığı çimərliklərə getməməyi məsləhət görən mütəxəssis bildirib ki, çimərliklərlə bağlı istifadəyə verilən "cimerlik.az" saytı bu məkanlardakı son vəziyyəti öyrənmək üçün ən yaxşı imkandır. Çimərliyə getmək istəyən vətəndaşlar bu sayt vasitəsilə daha az adam olan çimərlikləri müəyyənləşdirib orada istirahət edə, bununla da özləri üçün gözlənilən təhlükəni minimumlaşdıra bilərlər:

"Əgər biz öz həyatımızı, eləcə də yaxınlarımızın həyatını qorumaq istəyiriksə, diqqətli olaq və belə məqamları unutmayaq, onlara xüsusi diqqət edək. Bizim kiçik bir səhlənkarlığımız bu virusa yoluxma sayını yenidən artıra bilər. Düzdür, hazırda yoluxma sayı azalır və bu, bizi sevindirir. Ancaq unutmayaq ki, təhlükə hələ bizimlədir və belə səhlənkarlıqlar nəticəsində yoluxma sayı istənilən vaxt arta bilər".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR