Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Azərbaycanda koronavirusla bağlı 18 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 5898 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 41 min 184-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 114, süni tənəffüs cihazında olan xəstə sayı 8 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib. Aktiv xəstə sayı 1898 nəfərdir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR