Sağlamlıq 21:43 29.12.2020

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində daha 253 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 15 805 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 388, virusa yoluxanlar isə 2 178 580 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 058 437 pasiyent (son sutkada 21 004 nəfər) sağalaraq evə buraxılıb.