Ölkə 13:09 28.01.2021

Vilayət Eyvazov polkovniki işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.