Xəbər lenti

Yeni xəbər saytı fəaliyyətə başladı
Ölkə 22:50 15.02.2021

Yeni xəbər saytı fəaliyyətə başladı

Bu gündən internet məkanında yeni informasiya və analitika portalı Azadinfo.az fəaliyyətə başlayıb.

Saytın təsisçisi və rəhbəri Mahir Xəttab Qaynarinfo-ya saytın məram və məqsədləri haqqında məlumat verib: 
 

"Hazırda elektron informasiya efirində internet resurslarının sayı sürətlə artır və rəqabət çox böyükdür. Bununla belə, ciddi jurnalistika ilə məşğul olan, tərəddüdsüz etibar edilən, güvənilən və informasiya siyasətini maarifçilik üzərində qurmuş saytlar azdır.

Azadinfo məhz bu səbəbdən korporativ maraqlar naminə ucuz sensasiyadan uzaq, doğru, dəqiq xəbərləri oxuculara çatdıracaq. 
Həmçinin, Azərbaycanın dövlət və milli maraqlarına, mənəvi dəyərlərinə uyğunluğu prioritet fəaliyyət istiqaməti seçən Azadinfo.az informasiya siyasətində mötəbərlik, obyektivlik, tərəfsizlik prinsiplərinə əsaslanacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->